Martın 1-i saat 19:00-da Nizami Kino Mərkəzində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə çəkilmiş, rejissor İlqar Safatın "İçəri şəhər" bədii filminin təqdimatı keçiriləcək. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, gənc qızın Qarabağ müharibəsi veteranı ilə məhəbbətindən bəhs edən filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri İlqar Safat və Təhminə Rafaella, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, redaktoru Yusif Şeyxov, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.
Qeyd edək ki, filmdə Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova, İnna İmranova, Anar Xəlilov, Leyla Axundova, Zemfira Ağabəyova, Murad Yegizarov, Murad Məmmədov və başqaları çəkiliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB