İstedadlı şair Mikayıl Müşfiqin xatirə gecəsi keçirilib. SİA-nın verdiyi xəbərə, tədbirdə xalq şairi Nəriman Həsənzadə, Memarlıq və İnşaat Kollecinin direktoru, dosent Namiq Ağaməliyev, mərkəzin əməkdaşı İrina Özçoban, şairlər Ofeliya Babayeva, Oqtay Rza, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy və başqaları M.Müşfiq poeziyasının tükənməz çeşmə olduğunu bildirərək şairin bir-birindən gözəl əsərlərindən nümunələr səsləndiriblər.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə mərkəzin təbliğat və statistik araşdırmalar şöbəsinin müdiri Sənan Talıbov Mikayıl Müşfiq poeziyasından söhbət açıb.
Tədbirdə əməkdar artistlər Gülüstan Əliyeva, Mətanət İsgəndərli, Eyyub Yaqubov, Kəmalə Rəhimli və başqaları Mikayıl Müşfiqin sözlərinə yazılmış mahnıları ifa ediblər.
Qeyd edək ki, sonda Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən M.Müşfiq yaradıcılığına dəyər verən mədəniyyət və incəsənət xadimlərinə diplomlar təqdim olunub.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB