“Hər biriniz bir çiçək” adlı konsert proqramı keçirilib FOTOLAR

“Hər biriniz bir çiçək” adlı konsert proqramı keçirilib FOTOLAR

Heydər Əliyev Sarayında uşaqlar üçün "Hər biriniz bir çiçək" adlı musiqili-əyləncəli konsert proqramı keçirilib.

Sarayın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, musiqili-əyləncəli konsert proqramında "Aysel", "Zirvə", "İstedad", "Azəri inciləri" və "Renessans" rəqs qruplarının iştirakı ilə milli və müasir rəqslər təqdim olunub. Bundan əlavə, bir-birindən maraqlı muğam, aşıq ifaları və rəngarəng çıxışlar musiqili-əyləncəli konserti izləməyə gələnlərdə xoş təəssürat yaradıb.

Qeyd edək ki, konsert proqramı əməkdar artist Səlim Abbasovun skripkada "Bayram kompozisiyası" ifası və bütün rəqs kollektivlərinin rəqsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə