“Azərbaycan kinosu: mövzu, struktur, üslub, janr”

“Azərbaycan kinosu: mövzu, struktur, üslub, janr”

Əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinoşünaslıq kafedrasının müdiri Aydın Dadaşovun "Azərbaycan kinosu: mövzu, struktur, üslub, janr" monoqrafiyası çap olunub. SİA-nın verdiyi xəbərə görə, kitabın rəyçiləri, professorlar Aqşin Babayev, Niyazi Mehdi və əməkdar incəsənət xadimi Ayaz Salayevdir. Monoqrafiyanın elmi redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov, redaktoru pedaqogika üzrə fəlsəfə doktoru Sevinc Həsənovadır.

Alim kino sənətinin yaranma və inkişaf prosesinin mövcud nəzəri əsaslarla, müqayisəli təhlil metodu ilə izləməklə, təhlilə cəlb olunan filmləri mövzu, struktur, üslub və janr problemləri istiqamətində araşdırıb.

Kitab Azərbaycan kinosunun parlaq siması Əlisəttar Atakişiyevin xatirəsinə ithaf edilib.

Qeyd edək ki, monoqrafiya AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun elmi şurasının qərarı ilə çap olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə