"Şəngülüm, Şüngülüm Məngülüm"

Tamaşa nümayiş olunacaq
"Şəngülüm, Şüngülüm Məngülüm"

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən və bir çox tamaşaları ilə böyük uğurlar əldə edən "Musiqili Uşaq Teatrı" 23 fevral saat 11:00-da Gənc Tamaşaçılar Teatrında "Şəngülüm, Şüngülüm Məngülüm" motivləri əsasında Elşad Rəhimzadənin səhnələşdirdiyi "Yeddi keçi balası" adlı nağıl tamaşasını təqdim edəcək. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, tamaşa həmçinin, 14:00-da da göstəriləcək.

Qeyd edək ki, biletləri Azərbaycan Dövlət Uşaq Filarmoniyasından və Gənc Tamaşaçılar Teatrının kassasından əldə etmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə