Rəşid Behbudov adına Mahnı Teatrında Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin və Xocalı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş "İnsanlıq fəryadı" adlı kompozisiya nümayiş olunub. SİA-nın məlumatına görə, kompozisiyanın təqdimat mərasimində Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev, Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, Mədəniyyət və Turizm Nazirliyinin və digər dövlət qurumlarının nümayəndələri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, Xocalı faciəsində yaxınlarını itirmiş, qətliamın canlı şahidləri iştirak ediblər. Öncə Xocalı faciəsində şəhid olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin açılış mərasimində çıxış edən Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev soyqırımı haqda söz açıb: "Bu gün xalqımızın tarixinə qanlı hərflərlə yazılmış Xocalı faciəsini yad edirik. Bu hadisə insanlığa qarşı törədilmiş ən qanlı faciədir. Bununla bağlı hər il faciənin ildönümü ərəfəsində silsilə tədbirlər keçirilir. Xocalıya qədər Azərbaycan xalqı 1905-1907-1915-1918-1948-1953-1988-ci illərdə ermənilər artıq öz mənfur əməllərinə başlamışdılar. Onlar daim öz havadarlarının vassalı olublar. 1987-1988- ci illərdə Qərbi Azərbaycandan 200 mindən artıq insan deportasiya olundu. Bu hadisə 1990-cı ilin avqustun başlayaraq davamlı xarakter aldı. Növbə dekabrın 15-də Cəmirli 25-də, Meşəli, 28-də Kəbircanlı, 1992-ci il fevralın 17-də isə Xocavəndin Qaradağlı kəndinə çatdı. Fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum etdilər. Faciədə təkcə insanlar öldürülmədi, onlara işgəncə verildi. Əgər bir erməni bir azərbaycanlını öldürürdüsə 3 min rubl, evini yandırırdısa 5 min rubl mükafat verilirdi. Ermənilərin bu cür qansız hərəkətlərinin məqsədi insanları qorxutmaq idi. Belə ki, Xocalının Ballıca yaxınlığında, Ağdərənin Vəng ətrafında hərbi bazaları var idi. Həmin gecə 7 minlik şəhər dağıdıldı. 63 azyaşlı, 70 qoca, 106 qadın olmaqla 613 adam qətlə yetirildi, 8 ailə yer üzündən silindi, 130 uşaq valideynlərindən birini itirdi.
Şükür ki, Azərbaycan xalqı bu dəhşətlərdən sınmadı. Müstəqil olmaq məqsədinə çatdı. Bu gün bütün şəhid ailələrinin də təsəllisi budur. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkədə baş verəcək vətəndaş müharibəsinin qarşısı alındı. Azərbaycan dövlətçiliyi bərpa olundu".
Tədbirdə daha sonra Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, soyqırımın canlı şahidləri Hüseynağa Quliyev, Surxay Quliyev, Şəkibə Mustafayeva, Mehriban Əliyeva, qətliam zamanı gördükləri erməni quldurlarının vəhşiliklərindən danışıblar.
Qeyd edək ki, rəsmi hissədən sonra istedadlı gənclərin ifasında "İnsanlıq fəryadı" kompozisiyası nümayiş olunub.





Kubra Bayramova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB