Vəli Məmmədovun 85 illik yubileyi ilə bağlı tədbir keçirilib FOTOLAR
Vəli Məmmədovun 85 illik yubileyi ilə bağlı "Vətəninin pərvanəsi" adlı tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, Mədəniyyət və Turizm idarəsinin Nəriman Nərimanov xatirə Muzeyində baş tutan tədbirdə iştirak edən V.Məmmədovun həyat yoldaşı Xalidə Əlizadə, "Respublika" qəzetinin baş redaktoru Teymur Əhmədov, tarix üzrə fələfə doktoru Firdovsiyyə Əhmədova, pedoqoji elmlər doktoru Əjdər Ağayev, yubilyarın qardaşı Arif Məmmədov Vəli Məmmədovun həyat və yaradıcılığından söhbət açıb, onun N.Nərimanovun ilk tədqiqatçısı, arxivlərdən, dövri mətbuatdan, Nərimanovun həyatı və irsinə dair zəngin material topladığından danışıblar. İctimai fikrin və Azərbaycan ədəbiyyatının problemləri ilə bağlı bir sıra elmi kütləvi məqalələrin müəllifi olduğunu bildiriblər.
Vəli Məmmədovun bir sıra rəhbər vəzifələrdə çalışdığını qeyd edən tədbir iştirakçıları onun 20 noyabr 1991-ci ildə erməni terroru nəticəsində vurulan vertalyot qəzasında həlak olduğunu da vurğulayıblar.
Qeyd edək ki, tədbir iştirakçılarına Vəli Məmmədovun həyat və fəaliyyət yolunu əks etdirən sərgi, fotoslaydlar və videogörüntülər nümayiş olunub. Həmçinin, Uşaq –Gənclər Yaradıcılıq Mərkəzinin üzvləri və Bülbül adına Orta İxtias Məktəbinin şagirdləri Vəli Məmmədova həsr olunmuş şeirlər və sevdiyi musiqilərdən parçalar təqdim ediblər.
.jpg)
Kubra Bayramova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB