Rusiyanın məşhur "adme.ru" saytı Bakı haqqında məqalə yayımlayıb. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, məqalədə Bakı Bulvarı, Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, İçərişəhər, Qız Qalası, Atəşgah və Xalça Muzeyi haqqında məlumat verilib, hər birinin şəhərə xüsusi gözəllik verdiyi vurğulanıb.
Bakıya səfər etmək üçün əsas səbəblərdən biri olaraq, "Formula-1" Oyunlarını qeyd edən müəllif, tədbirin iyun ayında keçiriləcəyindən də bəhs edib.
Daha bir səbəb kimi Azərbaycan mətbəxi göstərilən məqalədə, mətbəxin zənginlikləri, nəfis dada malik yemək və şirniyyatları haqqında da məlumat verilib.
Qeyd edək ki, məqalənin tam versiyası ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar:
http://www.adme.ru/svoboda-puteshestviya/hochu-v-baku-1190410/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB