“Əmir Teymur” tamaşası yenidən nümayiş olunub

“Əmir Teymur” tamaşası yenidən nümayiş olunub

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində "Əmir Teymur" tamaşası nümayiş olunub. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, dramaturq Hüseyn Cavidin "Topal Teymur" əsəri əsasında səhnələşdirilən tamaşada rolları xalq artistləri Nurəddin Mehdixanlı, Rafiq Əzimov, Əməkdar artistlər Mətanət Atakişiyeva, Kazım Həsənquliyev, Münəvvər Əliyeva, Elşən Rüstəmov, Kazım Abdullayev, aktyorlar Hikmət Rəhimov, Rövşən Kərimduxt, Anar Heybətov, Şəhla Əliqızı və İlahə Həsənova ifa ediblər.

Qeyd edək ki, 1925-cı ildə yazılan və ilk dəfə 1926-cı ildə tamaşaya qoyulan səhnə əsərinin quruluşçu rejissoru əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Aygün Səmədzadədir.

Bütün xəbərlər Facebook səhifəmizdə