Tamara Sinyavskaya ustad dərsləri keçəcək

Tamara Sinyavskaya ustad dərsləri keçəcək

SSRİ xalq artisti, professor Tamara Sinyavskaya Moskvadakı V.İ.Muradeli adına musiqi məktəbində ustad dərsləri keçəcək. SİA-nın Fondun saytına istinadən verdiyi xəbərə görə, dərslər Müslüm Maqomayev Mədəni-Musiqi İrsi Fondunun dəstəyi ilə baş tutacaq.

Aprelin 2-3-də keçiriləcək ustad dərslərində ali musiqi məktəblərinin vokal bölmələrinin tələbələri və musiqi teatrının gənc artistləri iştirak edə bilərlər. Onlar bu barədə Müslüm Maqomayev Mədəni-Musiqi İrsi Fondunun elektron poçtuna [email protected] ərizə ilə müraciət etməli və videoyazı (2-3 əsər) göndərməlidirlər.

Qeyd edək ki, ərizələr fəal iştirak üçün martın 25-dək, passiv iştirak üçün aprelin 1-dək qəbul edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə