Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin təşkilatçılığı ilə bir qrup şair və yazıçı Göyçay şəhərində Xalq Şairi Rəsul Rzanın ev muzeyini ziyarət edib, xatirəsini anıblar. AYB-dən SİA-ya verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə görkəmli sənətkarın büstü önünə gül dəstələri qoyaraq, onun ölməz sənətindən söz açıblar.
Tədbir çərçivəsində Əməkdar Müəllim, yazıçı-publisist Səxavət Tağların "Bir nəslin dörd fəsli" adlı kitabının təqdimat keçirilib.
AYB-nin Aran bölməsinin sədri Sərvaz Hüseynoğlu, şair və yazıçılardan - Valeh Bahaturoğlu, Gülayə, Sədaqət Vəlioğlu və başqaları kitabın məziyyətlərindən söz açıblar. Məktəblilər Rəsul Rzanın şeirlərindən nümunələr söyləyiblər.
Sonra tədbir iştirakçıları muzeyin eksponatları ilə tanış olublar.
Həmin gün tədbir iştirakçıları Əli Kərim parkında Əli Kərim, İsgəndər Coşqun və Əli Səmədlinin də qəbrini ziyarət edərək xatirəsini anıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB