“Azərbaycan bəstəkarları və musiqişünasları” layihəsi gerçəkləşib FOTOLAR

“Azərbaycan bəstəkarları və musiqişünasları” layihəsi gerçəkləşib FOTOLAR

"Azərbaycan bəstəkarları və musiqişünasları" layihəsi üzrə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunmuş broşürlərin ikinci hissəsinin təqdimatı keçirilib. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda baş tutan tədbirin açılışını edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə çap olunmuş 16 broşürun əhəmiyyətindən bəhs edib.

"Şərq-Qərb" nəşriyyatında çap olunmuş yeni broşürlərdə Əşrəf Abbasov, Şəfiqə Axundova, Elza İbrahimova, İsmayıl Hacıbəyov, Dadaş Dadaşov, Faiq Sücəddinov, Rəna Məmmədova klassiklər, həmçinin, bu gün fəaliyyət göstərən musiqişünaslar haqqında da geniş informasiya verilib.

Tədbirdə həmçinin, əməkdar incəsənət xadimi Nərgiz Şəfiyevanın tərtibçi-redaktorluq etdiyi "Qara Qarayev - tələbələrin xatirələrində" kitabının da təqdimatı keçirilib.

Layihənin əlaqələndiricisi olan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Zemfira Qafarova çıxış edərək gələcəkdə də belə tədbirlərin davam etdiriləcəyini bildirib.

Tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, AMEA-nın müxbir üzvi, professor Rəna Məmmədova və əməkdar incəsənət xadimi Nərgiz Şəfiyeva həmçinin, yeni layihənin tədris prosesində əhəmiyyətindən və istifadə qaydalarından danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə