"Olmadı elə, oldu belə” tamaşasına daxili baxış keçirilib FOTOLAR

"Olmadı elə, oldu belə” tamaşasına daxili baxış keçirilib FOTOLAR

Füzuli Dövlət Dram Teatrında Ş.Qurbanovun "Olmadı elə, oldu belə" tamaşasına daxili baxış keçirilib. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur.

Səhnə əsərində əsas rollarda Qaçaq Qarayev, İntizar Quliyeva, Sevinc Məmmədova, Elşən Gözəlov, Əsmər İbrahimova, Sehran Xanlarov, Əli Hüseynov, Fatimə Səfərəliyeva, Aygün Cəfərova, Elçin Məmmədov,İsmayıl İbrahimov, Vüqar Babayev və başqaları çıxış edib.

Qeyd edək ki, tamaşa yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə