Fikrət Ələkbərovun 70 illiyi qeyd olunub

Fikrət Ələkbərovun 70 illiyi qeyd olunub

Əməkdar rəssam Fikrət Ələkbərovun 70 illiyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş tutan tədbirin açılışını edən kinostudiyanın direktoru Müşfiq Hətəmov kinorəssamın Azərbaycan kinemtoqrafiyasının inkişafındakı rolundan, keçdiyi məhsuldar yaradıcılıq yolundan söz açıb.

Bildirilib ki, F.Ələkbərov 1974-cü ildə əmək fəaliyyətinə başladığı "Azərbaycanfilm" kinostudiyasında rəssam assistenti qismində "Tütək səsi", 3 seriyalı "Abşeron" bədii filmlərində, 1976-cı ildən isə dekor rəssamı kimi "Dərviş Parisi partladır", "Qərib cinlər diyarında", "Qayınana", "Od içində vahə", "Yol əhvalatı", "Papaq", "Qara gölün cəngavərləri", "Köhnə bərə", "Özgə həyat", "Gənc qadın üçün kişi", "Girişmə-öldürər", "Niyyət", "Əlavə təsir", "Dərs"və s. filmlərində öz imzasını atıb.

Qeyd edək ki, tədbirin sonunda "Mozalan" satirik kinojurnalının 100-dən artıq süjetinin bədii tərtibatını vermiş yubilyara yeni-yeni uğurlar arzulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə