Mədəniyyət və Turizm Nazirliyinin və Rəssamlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi, tanınmış rəssam İsa Məmmədovun fərdi sərgisi açılıb.
SİA-nın verdiyi xəbərə görə, Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda baş tutan sərgidə rəssamın 60-dək rəsm əsəri nümayiş olunub.
Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov açılışı edərək sərgiyə təqdim olunan sənət əsərlərinin rəngkarlıq, yağlı boya, akvarel, qrafika və digər janrlarda işlənildiyi haqda məlumat verib. Həmçinin, əsərlərdə rəng çalarları, xoş ovqat və emosionallığın əks olunduğunu qeyd edən A. İbrahimov bunun rəssamın həyatsevərlik və insansevərlik hisslərindən irəli gəldiyini diqqətə çatdırıb.
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev çıxış edərək sənətkarın bənzərsiz sənət dünyasından və əsərlərin möhtəşəmliyindən bəhs edib.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Qeyd edək ki, sərgi 10 gün davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB