Füzuli Dövlət Dram Teatrı əsgərlərlə görüşüb FOTOLAR

Füzuli Dövlət Dram Teatrı əsgərlərlə görüşüb FOTOLAR

Füzuli Dövlət Dram Teatrı mütəmadi görüşlərin davamı olaraq, "N" saylı hərbi hissədə əsgərlərlə görüşüb. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, teatr repertuarında olan N.Vəzirovun "Hacı Qəmbər", A.Səfərli "Fantan ərə gedir", M.Əlizadə "Toy kimindir", A.Məmmədov "Kişilər" əsərindən parçalar oynanılıb. Tamaşada əsas rollarda teatrın aparıcı aktyorları və aktrisaları, Əli Hüseynov, Sevinc Məmmədova, İntizar Quliyeva, Qaçaq Qarayev, Sehran Xanlarov, Asif Şirinov, Məryəm Məmmədova, Vaqif Rəhimov, Aygün Cəfərova, Əsmər İbrahimova, Fatimə Səfərəliyeva və başqaları çıxış edib.

Qeyd edək ki, teatrın aktrisası İntizar Quliyeva və Elçin Əhmədovun ifasında gözəl mahnılar da səslənib. Daha sonra kollektivlə xatirə şəkli çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə