Xocalı faciəsinə həsr olunmuş kino axşamı keçiriləcək

Xocalı faciəsinə həsr olunmuş kino axşamı keçiriləcək

26 fevral saat 19:00-da Nizami Kino Mərkəzində Xocalı soyqırımının iyirmi dördüncü ildönümünə həsr olunmuş kino axşamı keçiriləcək. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, kino xadimlərinin, ictimaiyyət və KİV nümayəndələrinin iştirak edəcəyi tədbirdə dövlət sifarişi ilə "Yaddaş" sənədli filmlər studiyasında istehsal edilən, Azərbaycanın Milli Qəhrəmanları Elman Hüseynov, Füzuli Rüstəmov və Əliyar Əliyevə həsr olunan "İlk komandir", "Xocalının zamini" və "Pəhləvan komandir" sənədli filmləri nümayiş olunacaq.

Qeyd edək ki, "İlk komandir" və "Pəhləvan komandir" filmlərinin rejissoru Nizami Abbas, "Xocalının zamini" ekran işinin rejissoru isə Zamin Məmmədovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə