“Robinzon və 9 cümə” bədii filminin təqdimatı keçiriləcək

“Robinzon və 9 cümə” bədii filminin təqdimatı keçiriləcək

23 fevral saat 19:00-da Nizami Kino Mərkəzində Gürcüstanın "K Production" kino şirkəti tərəfindən Azərbaycan kinematoqrafçılarının iştirakı ilə istehsal edilmiş "Robinzon və 9 cümə" bədii filminin təqdimatı keçiriləcək. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, təqdimatdan öncə saat 17:00-da isə Nizami Kino Mərkəzinin Mətbuat Klubunda filmin yaradıcı heyətinin iştirakı ilə mətbuat konfransı olacaq.

Təqdimatda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Gürcüstan Respublikası Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi arasında İşçi Qrupunun toplantısı çərçivəsində ölkəmizdə səfərdə olacaq Gürcüstan nümayəndə heyəti də iştirak edəcək.

Qeyd edək ki, indiyədək Tbilisi və Minsk şəhərlərində təqdimatları keçirilən filmin quruluşçu rejissoru Georgiy Kikaleişvilidir. Filmdə Paata Quliaşvili, Vaxtanq Kikabidze, İrakli Pircxalava, Keta Topuriya, Polad Bülbüloğlu, Bəhram Bağırzadə, Manana Caparidze, Nani Breqvadze, Luçiya Luşik, Arçil Meparidze, Kaxi Kavsadze və başqaları rol alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə