“Mədəniyyət amili ölkəmizin təbliğində bu gün bir nömrəli siyasi alətdir” FOTOLAR
16 fevral 2016-cı il tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılan "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu"nun Sumqayıt şəhərinin Tarixi Muzeyində növbəti görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyevin, şöbə müdirləri Sənan Talıbovun, Məzahir Qarayevin, baş metodist Məftun Qulamovanın, Sumqayıt şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Mehman Şükürovun iştirakı ilə keçirilən tədbirdə Zəngilan, Şuşa, Qubadlı, Xızı və Abşeron rayon mədəniyyət və turizm şöbələrinin tabe müəssisələrdə çalışan 150 çox gənc əməkdaşları iştirak edib.
Tədbiri giriş sözü ilə açan Mehman Şükürov gəncləri rayonların mədəni həyatında daha fəal iştiraka, Azərbaycan mədəniyyətinin təbliğinə, mədəniyyət müəssisələrinin fəaliyyətlərinin canlandırılmasına, rayonlarda keçiriləcək tədbirlərə öz kreativ ideyaları ilə rəng qatmalarına dəvət edərək gənc mədəniyyət işçilərini təşəbbüskar olmağa çağırıb.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu"nun məqsədi və əsas fəaliyyət istiqamətləri prioritet hədəfləri barədə ətraflı məlumat verərək mədəniyyətimizdə təşəbbüskar mühiti yaratmağa çağırıb. Qrupun yaradılmasını da gənclər üçün geniş bir inkişaf meydanı, onların imkanlarını göstərmək üçün şərait yaradan bir platforma olduğunu vurğulayıb qeyd etdi ki, bu gün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sahəmizə ayırdığı diqqət sayəsində ölkəmizin təbliği məsələsində mədəniyyət bir nömrəli siyasi alətdir.
Mərkəzin gənc əməkdaşları Günay Əliyeva, Pərvanə Hüseynova və Fərhad Abdulov çıxışlarda Elmi-metodiki Mərkəzin strukturunun, internet resurslarının, "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu" nun təqdimatını aparıb görüş iştirakçılarını fəaliyyəti ilə tanış edərək əməkdaşlığına çağırmışlar.
Tədbirin sonunda təkliflər səsləndirilmiş geniş fikir mübadiləsi aparılmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB