Klassik musiqi ifaçılarının V Beynəlxalq müsabiqəsi keçiriləcək

Klassik musiqi ifaçılarının V Beynəlxalq müsabiqəsi keçiriləcək

Bakıda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının iştirakı ilə "Kainat" Gənclik Mərkəzinin təşkil etdiyi İslam dünyası gənc klassik musiqi ifaçılarının V Beynəlxalq müsabiqəsi keçiriləcək. Təşkilat komitəsindən SİA-ya verilən xəbərə görə, ISESCO və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə aprelin 18-dən 22-dək baş tutacaq müsabiqədə kiçik (15 yaşadək) və böyük (16-20 yaş) yaş qrupu üzrə təmsil olunan ölkələrin gənc istedadlarının çıxışları beynəlxalq tərkibli münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Qeyd edək ki, müsabiqənin sonunda qaliblərin mükafatlandırılması və qala-konsert təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə