Kamran İsrafilov bədii rəhbər təyin olunub

Mədəniyyət ve Turizm İdarəsinin şəbəkəsinə daxil olan Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri vəzifəsinə Kamran İsrafilov təyin edilib. SİA-nın verdiyi xəbərə görə, Kamran İsrafilov Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutan Novruz Bahar Festivalının təşkil olunmasında, Strasburqda YUNESCO-nun qərargahında Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrinin və Uşaq Xorunun iştirakı ilə "Azərbaycanın xoşməramlı mələkləri" adı altında keçirilən konsertin lentə alınmasında və bir sıra digər tədbirlərin işıqlandırılmasında yaxından iştirak edib.

Həmçinin, televiziyada uşaq və digər verilişlərdə aparıcı olub, son ildə özünü aktyor kimi də sınayıb və Arzu Əliyevanın prodüserliyi ilə çəkilən "Əbədi ezamiyyət" sənədli filmində Ə.Tobçubaşovun obrazını canlandırıb.

Qeyd edək ki, Kamran İsrafilov həmçinin yeni yaradılan Uşaq Teatr –Studiyasının rejissorudur.

Bütün xəbərlər Facebook səhifəmizdə