Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşları uşaq musiqi və incəsənət məktəblərinə metodiki kömək göstərmək məqsədilə Bərdə rayonunda, Göyçay və Saatlı rayonlarında təlim xarakterli tədbirlər həyata keçiriblər. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, musiqi və incəsənət məktəblərində tədris prosesinin, sənədlərlə işin təşkili, tədrisin səviyyəsi, müəllim, şagirdlərin dərsə davamiyyəti və digər məsələlər haqqında kollegiya qərarında göstərilmiş nöqsan və iradların aradan qaldırılması istiqamətində məktəblərə əməli və metodiki köməklik göstərilib, ixtisas və nəzəri fənlərin metodikası, tədris prosesinin mövcud normativ sənədlərlə aparılması, məktəbin, sinif otaqlarının tərtibatı, şagirdlərin bilik səviyyələri ilə tanış olaraq bu istiqamətdə zəruri tövsiyələr verilib.
Qeyd edək ki, məktəblərə müxtəlif ixtisaslar üzrə təqdim olunmuş yeni tədris proqramlarındakı innovativ metodoloji üsullar haqqında izahatlar verilib, müxtəlif metodiki vəsaitlər təqdim edilib.


.jpg)


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB