Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Mədəniyyət və Turizm Nazirliyinin və Rəssamlar İttifaqının təşkilatçılığı ilə rəssam İsa Məmmədovun fərdi sərgisi açılacaq. SİA-nın verdiyi xəbərə görə, fevralın 18-də olacaq sərgidə 50-dək rəsm əsəri nümayiş olunacaq. Təqdim olunacaq sənət əsərləri - rəngkarlıq, yağlı boya, akvarel, qrafika və digər janrlarda işlənib. Əsərlərdə rəng çalarları, xoş ovqat və emosionallıq əks olunub.
Qeyd edək ki, sərgi 10 gün davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB