Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin tədbiri keçirilib FOTOLAR

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin tədbiri keçirilib FOTOLAR

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi tərəfindən Xırdalan şəhərində musiqi, incəsənət və rəssamlıq məktəbləri ilə görüş keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, görüşdə Elmi-Metodiki Mərkəzin əməkdaşları tərəfindən hazırlanmış tədris prosesinin tənzimlənməsinə xidmət edən tədirs proqramlarının və metodiki vəsaitlərin təqdimat mərasimi keçirilib. Tədbirdə Abşeron, Qubadlı, Şuşa, Zəngilan rayonları və Sumqayıt şəhər uşaq musiqi, incəsənət məktəblərindən 200-ə yaxın müəllim iştirak edib.

Qeyd edək ki, görüşdə müasir dövrdə bədii təhsil sahəsində tədris metodikasının gücləndirilməsi istiqamətində qarşıda duran prioritet məsələlər haqqında müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə