“Azərbaycanı kəşf et - abidələrimiz milli sərvətimizdir” FOTOLAR
Qubada "Azərbaycanı kəşf et - abidələrimiz milli sərvətimizdir" adlı layihə həyata keçirilib. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə "Gələcək Naminə" Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi "Azərbaycanı kəşf et - abidələrimiz milli sərvətimizdir!" layihəsinin icrasını Quba rayonunda başa vuraraq məlumatlandırıcı təlim və turlar keçirilib. Layihə çərçivəsində keçirilən tədbirin əsas məqsədi tarix-mədəniyyət abidələrinin gənclər arasında təbliği, vətənpərvərlik hissinin formalaşdırılması və Azərbaycançılıq məfkurəsinin aşılanmasıdır.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun aparıcı məsləhətçisi İsa Məmmədov, Quba rayon İcra Hakimiyyətinin nümayəndəsi Aynur Yəhyayeva, layihənin eksperti Gülsəba Ələsgərova, Quba və digər rayonlardan yeniyetmə və gənclər iştirak ediblər.
Tədbir zamanı Quba Tarix-Diyarşünaslıq Muzeyində təlim, Quba Soyqırımı Memorial Kompleksi və XVIII-XIX əsrlərə aid olan qədim Çuxur hamamına ekskursiyalar təşkil olunub. Həmçinin, təlim iştirakçılarına layihə təbliğat materialları paylanılıb.
Qeyd edək ki, sonda Azərbaycanın ilk sahibkar qadını Qubada yaşayan Fatimə Ağamirzəyeva ilə görüş keçirilib. Qonaqları səmimi qarşılayan Fatimə Ağamirzəyeva qədim xalçalarımızı nümayiş etdirib, xalçalar və onların naxışları haqqında məlumat verib.






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB