Türkdilli ölkələrin beynəlxalq Mədəniyyət təşkilatı – TÜRKSOY xətti ilə hər il müxtəlif mədəni tədbirlər keçirilir ki, bu tədbirlərdə digər türkdilli dövlətlərlə birlikdə azərbaycanlı sənətçilər də böyük uğurla çıxış edirlər. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, TÜRKSOY xətti ilə növbəti belə tədbir Bosniya və Serbiyada baş tutacaq. "Sarayevo qışı" adlanan Beynəlxalq musiqi festivalı çərçivəsində türkdilli dövlətlərin vokalçıları fevralın 19-20-də Sareyevoda, fevralın 22-də isə Belqradda çıxış edəcəklər.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına TÜRKSOY-un baş katibi D.Kaseinovun imzası ilə daxil olmuş məktubda teatrın gənc və istedadlı solisti Çinarə Şirin bu festivalda iştirak etmək üçün dəvət olunub. 2010-cu ildən Opera və Balet Teatrında çalışan Çinarə Şirin repertuarda olan bir sıra tamaşalarda – "Aida" (Aida), "Toska" (Toska), "Karmen" (Karmen), "Payatsı" (Nedda), "Sevil" (Dilbər) və s. aparıcı partiyaları ifa edir.
Qeyd edək ki, festivalda Çinarə xanım K.Sen-Sansın "Samsun və Dalila" operasından Dalilanın ariyasını, J.Bizenin "Karmen" operasından Xabaneranı, eyni zamanda "Sevil" operasından Dilbərin ariyasını və Niyazinin "Arzu" romansını ifa edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB