Media nümayəndələri üçün xizək dərsləri təşkil olunub FOTOLAR
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Şahdağ" Turizm Mərkəzinə media nümayəndələri üçün press-tur təşkil olunub. Nazirlikdən SIA-ya verilən məlumata görə, press-turun ikinci günü media nümayəndələri üçün Azərbaycanda ilk xizək məktəbinin təlimçiləri tərəfindən xizək dərsləri keçirilib. Media nümayəndələri xüsusi xizək geyimi və xizək ləvazimatları ilə təmin olunub. Təlim zamanı xizəkdən istifadə qaydaları, xizək sürmənin ən asan və təhlükəsiz yolları öyrədilmiş, xizək enişi və yamacları barəsində məlumat verilib.
Azərbaycanda 2012-ci ildən fəaliyyətə başlayan ilk xizək məktəbində 40-dan çox ingilis, fransız, ispan, rus, türkdilli və yerli xizək müəllimi çalışır.
Həmçinin, media nümayəndələri kanat yolları haqqında məlumatlandırılıb və bu yollardan istifadə bileti ilə təmin olunublar. Bu biletlər vasitəsilə Şahdağın yüksəkliklərinə qalxaraq, Turizm Mərkəzini, xizək enişlərini seyr ediblər.
Qeyd edək ki, press-turun təşkil olunmasında əsas məqsəd "Şahdağ" Turizm Mərkəzinin fəaliyyəti, turizm obyektləri və turistlərə göstərilən xidmət haqqında ictimaiyyətə geniş məlumat verməkdir.

.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB