Qış məktəbinin işkirakçıları Qusarda olub FOTOLAR

Qış məktəbinin işkirakçıları Qusarda olub FOTOLAR

Beynəlxalq Multikultiralizm Qış məktəbinin işkirakçıları Qusar rayonunda olub. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, Heydər Əliyev Mərkəzində qonaqları qarşılayan Mədəniyyət və Turizm şöbəsinin müdiri David İbramxəlilov onlara rayon haqqında ətraflı məlumat verib.

Beynəlxaq Multikultiralizm Qış məktəbinə Rusiya, İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Çexiya, Gürcüstan, Belarus, Bolqarıstan, Litva, İndoneziya, Yaponiya və Almaniyanın ali təhsil müəssisələrindən 43 nəfər, Azərbaycan universitetlərindən isə 12 nəfər olmaqla bütövlükdə 55 nəfər iştirakçı qatılıb.

İştirakçılar Heydər Əliyev Mərkəzindəki ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələrini düzdükdən sonra "Şahdağ" Turizm Kompleksinə yola düşüb.

Qeyd edək ki, xarici və yerli universitetlərdə təhsil alan tələbələrin, nüfuzlu elm adamlarının qatıldıqları Qış məktəbi fevralın 15-dək Bakıda, Qubada, Xaçmazda və Qusarda işini davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə