Nizami Kino Mərkəzində "Dedpul", "Fəal axtarışda" bədii filmlərin və "Buni ayıları: Sirli qış" 3d animasiya filminin nümayişi başlanıb. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Amerika və Kanada istehsalı olan "Dedpul" filmini rejissor Tim Miller, fantastika, döyüş, triller və məcara janrında çəkib. Yaş həddi: 18+
Ueyd Uilson – silahlı qüvvələrın tətbiq etdiyi "Silah X" proqramının muzdlu əsgəridir. O, böyük gücə, çevikliyə və şəfaya malikdir. Amma bu ona baha qiymətə başa gəlib: onun hüceyrə strukturu tez tez dəyişir, sağlam düşüncəsi şübhə doğurur.Uilsonun yeganə istəyi - sosial zibil quyusunda su üzündə qalmaqdır.
Filmdə baş rollara Rayan Reynolds, Morena Bakkarin, Karan Soni, Ed Skreyn, Maykl Benyer, Stefan Kapiçiç və başqaları çəkilib.
Amerika istehsalı olan "Fəal axtarışda" filmi melodram və komediya janrında çəkilib. Rejissoru Kristian Ditter, ssenari müəllifi Ebbi Kondur. Yaş həddi: 18+
Ərə getməmiş qızlar haqqında kitab yazan qadın, xaricdə apardığı tədqiqatlar ucbatından bilmədiyi işin içinə girir.
Filmdə baş rollara Dakota Conson, Rebel Uilson, Lesli Mann, Deymon Uayans və Anders Holm çəkilib.
Çin istehsalı olan "Buni ayıları: Sirli qış" animasiya filmini rejissorlar Dinq Lianq və Fuyan Lyu komediya janrında ekranlaşdırıblar. Yaş həddi: 6+
Film, evlərini xilas etmək üçün göstərilən dostluq və mətinlik haqqında maraqlı bir nağıldır.
Qeyd edək ki, ekran əsərində baş rolları Jenni Ansell, Rik Ceyn Qlen, Şivan Lamsden və başqaları canlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB