Nizami Kino Mərkəzində "Xəzərdə eşqin səsi" türk poeziya gecəsi keçirilib. SİA-nın verdiyi xəbərə görə, Mədəniyyət və Turizm Nazirliyinin və Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə keçirilən tədbirdə Bakıdakı Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım gecədə iştirak edən qonaqları salamlayaraq, təşrif buyurduqları üçün təşəkkür edib.
Peşəkar teatr sənətçiləri tərəfindən Azərbaycan və türk şeiri nümunələrinin səsləndirildiyi gecə Nigar Həsənzadənin "Söz" layihəsi çərçivəsində təşkil olunub.
Azərbaycanın yazıçı və şairlərinin ölkə daxilində və dünyada tanıdılması, cəmiyyətdə ədəbiyyata, poeziya gecələrinə marağın artırılması, yeni istedadlı yazarların yaradıcılığının təbliğ olunması məqsədi daşıyan gecədə "Savalan" musiqi qrupu da çıxış edib..
Qeyd edək ki, tədbirdə millət vəkilləri, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, mədəniyyət və ədəbiyyat xadimləri, elm adamları iştirak edib.






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB