Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvü olan bir qrup veteran üçün "Şahdağ" Turizm Mərkəzində bir günlük istirahət turu təşkil olunub. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, turda təşkilatın 40 nəfər üzvü iştirak edib.
Tur çərçivəsində veteranların rahat və mənalı istirahəti üçün hər cür şərait yaradılıb. Veteranların Şahdağ Turizm Mərkəzində fəaliyyət göstərən bütün əyləncə və istirahət obyektlərindən istifadə etmələri tam təşkil olunub. Bakıdan Şahdağ Turizm Mərkəzinə gəlmək və geri dönmək üçün veteranlar nəqliyyat vasitəsi ilə də təmin olunublar.
Həmçinin, veteranlarla Şahdağ Turizm Mərkəzində təşkil olunmuş press turda iştirak edən media nümayəndələrinin də görüşü keçirilib.
Görüş zamanı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının şöbə müdiri Kamal Əliyev veteranlar üçün yaradılan şəraitdən razılığını bildirib. O, dövlətimizin veteranlara göstərdiyi diqqət və qayğıya görə təşəkkür edib.
Qeyd edək ki, çıxış edən digər veteranlar da onlar üçün yaradılan şəraitə görə öz minnətdarlıqlarını bildiriblər.





.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB