Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi Minskdə keçirilən ənənəvi beynəlxalq kitab sərgisində iştirak edib. Tərcümə Mərkəzindən SİA-ya verilən xəbərə görə, tədbirdə ölkəmizin Belarusdakı səfirliyinin, Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycanın bu ölkədəki diaspor cəmiyyətinin nümayəndələri, tanınmış yazıçı və naşirləri iştirak ediblər. Sərgi salonunun ümumi monitorunda Tərcümə Mərkəzinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib, Tədbirdə Azərbaycan və Belarus dilində şeirlər səslənib, hər iki xalqın milli mahnı və rəqsləri nümayiş etdirilib.sərgidə mərkəzin təqdimatı, həmçinin, Azərbaycanla Belarus arasında ədəbi əlaqələrin inkişafına dair geniş tədbir təşkil edilib.
Sonda Belarus İnformasiya Nazirliyinin "Zvezda" nəşriyyat evinin direktoru Aleksandr Karlyukeviçlə Tərcümə Mərkəzinin aparat rəhbəri Yaşar Əliyev arasında birgə layihələrlə bağlı müzakirələr aparılıb, müqavilələr imzalanıb.
Qeyd edək ki, beynəlxalq kitab sərgisi fevralın 14-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB