“Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir” FOTOLAR

“Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir” FOTOLAR

Mingəçevir şəhər Tarix muzeyində "Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Nofər Məmmədəliyev "Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir" adlı mühazirədə multikulturalizm sahəsində baş verən məqamlara toxunub.

Daha sonra "Mingəçevirdə Alman əsrlərinə göstərilən qayğı tolerantlığın bariz nümunəsidir" adlı video slayd nümayiş olunub.

Qeyd edək ki, tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, Dini qurumlarla işin təşkilatçısı Shib Əliyev, Ağcəbədi Rayon Tarix Diyarşunaslıq muzeyinin direktoru Nərminə Əkbərova bir qrup əməkdaşı, Mingəçevir şəhər Heydər Əliyev mərkəzinin direktoru Bəxtiyar Mustafayev, Palitexnik Universitetinin və Turizm Kollecinin müəllimləri eləcə də Mədəniyyət və Turizm şöbəsinin kollektivi iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə