Aİ-nin Azərbaycandakı nümayəndəliyi qalibləri mükafatlandırdı

Aİ-nin Azərbaycandakı nümayəndəliyi qalibləri mükafatlandırdı

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyində Avropa Film Festivalına həsr olunmuş müsabiqənin qalibləri mükafatlandırılıb. SİA-nın verdiyi xəbərə görə, tədbirdə ilk çıxış edən Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard festival barədə ətraflı məlumat verib: "Aİ-yə üzv dövlətlərin Azərbaycanda akkreditə olunmuş səfirlikləri və "Park Cinema" ilə birlikdə ötən ilin noyabr ayında 6-cı Avropa Film Festivalı keçirilib. Festivalda 19 filmin nümayiş olunduğunu söyləyən Malena Mard deyib ki, bu filmlərdən 18-i Aİ-yə üzv dövlətlərin, biri isə Azərbaycanın istehsalı olub. Festivala 3600-ə yaxın kinosevər qatılıb. Bu da Azərbaycanda Avropa mədəniyyətinə önəm verildiyinin təzahürüdür Onu da deyim ki, müsabiqəni bu sosial şəbəkə vasitəsilə həyata keçirmişik. Belə ki, müsabiqədə iştirak etmək istəyən hər kəs Aİ-nin Azərbaycandakı nümayəndəliyinin "facebook" səhifəsində bəyəndiyi filmin posteri altında həmin film barədə qısa şərh yazmalı və niyə məhz bu filmə səs verdiyini izah etməlidir. Aİ nümayəndəliyi ən çox inandırıcı olan şərhlərin müəlliflərini seçib".

Qeyd edək ki, Malena Mard müsabiqənin iki qalibinə bu il Berlində keçiriləcək "Berlinale" Beynəlxalq Film Festivalına getmək üçün səyahət paketi hədiyyə edib. Bir nəfərə isə "Park Cinema" 200 manatlıq kart təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə