Nazir Sumqayıtda vətəndaşları qəbul edəcək

Nazir Sumqayıtda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri tərəfindən fevral ayının 19-da saat 10ºº-da Sumqayıt şəhərinin Tarixi muzeyində (Heydər Əliyev prospekti, 4 mkr.) Sumqayıt şəhər, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services elektron xidmətlər portalı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli - Regionlarla iş sektorunun müdiri) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə