Mingəçevir teatrında iki tamaşa nümayişə hazırlanır FOTOLAR

Mingəçevir teatrında iki tamaşa nümayişə hazırlanır FOTOLAR

Mingəçevir Dövlət Dram Teatrında tanınmış rus yazarı H.V.Qoqolun "Müfəttiş" əsəri nümayişə hazırlanır. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, əsərə Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru Xəzər Gəncəli quruluş verib.

Tamaşada teatrın aktyorları əməkdar artist Akif Mirabov, əməkdar artist Ella Yaqubova, əməkdar artist Şıxı Yaqubov, Aydın Quliyev, Elmira İbrahimova, Fəridə Məmmədova, Asim Əmirov, Firuz Hacıyev, Hüseyn Mustafayev, Qabil İbrahimli, Asim Məmmədov və Eyvaz Əliyev rol alıblar. Tamaşanın aprel ayının sonlarına təhvil verilməsi planlaşdırılır.

Mingəçevir Teatrında uşaqlar üçün də yeni tamaşa nümayişə hazırlanır. "İncəbel və Div" adlanan tamaşada Fəridə Məmmədova, Nargilə Abdullayeva, Elmira İbrahimova, Ruhəngiz Abdullayeva, Amil Fərzəliyev, Hüseyn Mustafayev, Aytən Allahverdiyeva, Asim Əmirov, Elvin Əkbərli, Paşa Salmanov, Firuz Hacıyev, Asim Məmmədov və Aydın Əhmədov iştirak edirlər. Tamaşanın quruluşçu rejissoru xalq artisti Ağaxan Salmanlı, rejissor assistenti Xəyalə Qəmbərova, quruluşçu rəssam Ləman Salmanlı, musiqi tərtibatı Elnur Rəsulovdur.

Qeyd edək ki, tamaşa mart ayının əvvəllərində balaca tamaşaçıların ixtiyarına veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə