Muzey Mərkəzində Emin Məmmədovun "Yalnız sevgi" adlı fərdi fotosərgisi açılacaq. Mərkəzdən SİA-ya verilən xəbərə görə, fevralın 12-dən 14-dək davam edəcək sərgi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və "İrəli" İctimai Birliyinin tərəfdaşlığı ilə təşkil olunub.
Sərgidə gənc fotoqrafın 130 işi, həmçinin, 50 cütlüyün toy fotoları nümayiş olunacaq.
14 fevral – Sevgililər Gününə həsr edilən tədbirin aparıcıları Nərgiz Cəlilova və Nəsib Nur olacaq.
Qeyd edək ki, sərgidə DJ Kənan və tarzən Azər Abbasovun çıxışları da nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB