“Danışan gəlincik” tamaşasının premyerası olacaq

“Danışan gəlincik” tamaşasının premyerası olacaq

Bakı Uşaq Teatrında "Danışan gəlincik" tamaşasının premyerası olacaq. Teatrdan SİA-ya verilən xəbərə görə, fevralın 12-də baş tutacaq tamaşada rolları Türkan Şahmarlı, Xəyalə Meydanova, Rauf Hüseynli, Könül Şahbazova, İlhamə Əhmədova və başqaları ifa edəcəklər.

Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru İlhamə Əhmədova, quruluşçu rəssamı Sevda Məmmədovadır.

Qeyd edək ki, premyera teatrın yerləşdiyi ünvanda Qaraçuxur qəsəbəsi Q.Abbasov adına mədəniyyət sarayında təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə