Əbülfəs Qarayev Aureliya Buşezi qəbul edib FOTOLAR

Əbülfəs Qarayev Aureliya Buşezi qəbul edib FOTOLAR

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Fransanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Aureliya Buşezi qəbul edib. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib və bu sahədə qurulan əlaqələrin daha da inkişaf etdirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Səfir Azərbaycanda olmaqdan böyük məmnunluğunu ifadə edərək bildirib ki, ölkənin tarixi, mədəniyyəti, incəsənəti, təbiəti onda çox yüksək təəssüratlar yaradıb.

Mədəniyyət və turizm sahələri üzrə bir sıra layihələr haqqında fikir mübadiləsi aparılan görüşdə, musiqi, incəsənət, muzey, mətbəx, arxeologiya və s. bu kimi digər sahələr üzrə də əməkdaşlıq əlaqələrinin qurulması müzakirə edilib.

Səfir Azərbaycanda Fransa kino festivalının keçirilməsini təklif edib və bu çərçivədə şəhər və regionlarda filmlərin nümayişini, ustad dərslərinin keçirilməsinin də əhəmiyyətindən bəhs edib.

Qeyd edək ki, görüşdə nazir Əbülfəs Qarayev aprelin 25–27-də Bakı şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu haqqında məlumat verib və Forumun işində yaxından iştirakının əməkdaşlığa böyük töhvələr verəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə