Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev BMT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin İnkişaf Proqramının Rezident səlahiyyətlərini icra edən Ercan Muratın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə nazirliklə təşkilat arasında həyata keçirilən layihələr və gələcəkdə planlaşdırılan əməkdaşlıq əlaqələri müzakirə edilib.
Nazir Əbülfəs Qarayev təşkilatla əməkdaşlıqdan məmnunluğunu ifadə edərək bildirib ki, bu vaxta qədər həyata keçirilən layihələr uğur qazanıb və mədəniyyət və turizm sahələrində əhəmiyyətli rola malik olub.
Görüş zamanı turizmin təbliği istiqamətində, həmçinin, turizm təhsili üzrə təcrübə mübadiləsinin aparılması, dünya təcrübəsinin ölkəmizdə tətbiqi kimi məsələlər haqqında müzakirələr edilib və bu sahədə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, nazir həmçinin, 25–27 apreldə Bakı şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu və 2016-cı ilin "Multikulturalizm ili" elan olunması haqqında məlumat verib.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB