Turizm və Menecment Universitetinin yubiley mərasimi keçiriləcək
Fevralın 12-də Azərbaycan Turizm və Menecment Universitetinin II korpusunda Universitetin 10 illiyi münasibətilə yubiley mərasimi keçiriləcək. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin səlahiyyətli nümayəndələrinin də iştirak edəcəyi mərasimdə ali təhsil müəssisəsinin inkişaf yolu və perspektivləri barədə geniş məlumat veriləcək, əmək fəaliyyətində fərqlənmiş əməkdaşlar müxtəlif adlar və fəxri fərmanlarla təltif ediləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB