Bakı şəhər çempionatı keçiriləcək

Bakı şəhər çempionatı keçiriləcək

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında müasir və ictimai rəqs növləri üzrə açıq statuslu rəsmi Bakı şəhər çempionatı keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, fevralın 21-də olacaq çempionat Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Müasir və İctimai Rəqs Assosiasiyasının təşkilatçılığı ilə reallaşacaq.

Çempionatın keçirilməsində əsas məqsəd müxtəlif müasir və ictimai rəqs növlərində çalışan istedadlı kollektivlərin müəyyən edilməsi, Azərbaycanı dünya və Avropa çempionatlarında təqdim etmək üçün rəqqasların və kollektivlərin seçimidir. Həmçinin Azərbaycanın və yaxın xaricdə rəhbərlər, xoreoqraflar, müəllimlər və rəqqaslar arasında təcrübə mübadiləsi, sağlam həyatın təşviqi və uşaqların, yeniyetmələrin və gənclərin müasir və ictimai rəqs növləri ilə məşğulluğa cəlb olunmasıdır.

Yarışda baby-show (7 yaşa qədər), uşaqların (7-11 yaş), yuniorların (12-15 yaş), böyüklərin (16-49 yaş) və senyorların (50 yaşdan yuxarı) ifasında folklor, etnik, müasir, rəqs şou, bal rəqsləri, folklor stilizasiya, hip-hop kimi rəqs növləri üstündə qurulan şouları nümayiş olunacaq.

Qeyd edək ki, münsiflər heyəti tərəfindən çıxışlar texnika, kompozisiya, imic, şou kriteriyaları baxımından qiymətləndiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə