“Şekspir” səhnədə

Fevralın 12-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində xalq yazıçısı Elçinin "Şekspir" əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın nümayişi keçiriləcək. Teatrın mətbuat xidmətindən SİA-ya bildirilib ki, tamaşanın quruluşçu rejissoru Kişineu şəhərində Ejen İonesko adına teatrın yaradıcısı və rəhbəri, Avropanın bir çox teatrlarında tamaşalar hazırlamış rejissor Petru Vutkereu, tərtibat rəhbəri xalq rəssamı, Dövlət mükafatı laureatı Nazim Bəykişiyev, quruluşçu rəssamı Ramin Bəykişiyev, musiqi tərtibatçısı Həmid Kazımzadədir.

Tamaşada əsas rolları xalq artisti Ramiz Novruz, Əməkdar artistlər Pərviz Bağırov, Ayşad Məmmədov, Mətanət Atakişiyeva, Elşən Cəbrayılov, aktyorlar Nigar Güləhmədova, Aslan Şirinov, Şəlalə Şahvələdqızı və başqaları ifa edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə