“Birpərdəli Uşaq Pyesləri” adlı kitab nəşr olunub FOTOLAR

“Birpərdəli Uşaq Pyesləri” adlı kitab nəşr olunub FOTOLAR

Bakı Uşaq Teatrının ssenaristi Arzu Soltanın "Birpərdəli Uşaq Pyesləri" adlı kitabı nəşr olunub. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, bu, müəllifin ilk pyeslər kitabıdır. Əsasən, uşaqların və gənclərin maarifləndirilməsi məqsədilə yazılan bu pyeslərin hər biri Bakı Uşaq Teatrında səhnələşdirilib.

Təqdimatı Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəri, aktyor, rejissor, kitabın redaktoru İntiqam Soltan açaraq, məhz, bu istiqamətdə kitabların nə qədər vacib olduğunu, uşaqlar üçün yazılan pyeslərin qıt olduğu bir dövrdə belə bir vəsaitin çapının zəruri olduğunu deyib. Təqdimatda yazıçı Əyyub Qiyas, aktyor Ötkəm İsgəndərli, Bakı Dövlət Universitetinin müəllimi İradə Əlili, Doğa Akdeniz Universitetinin magistrı Cəfər Mənsimi çıxış ediblər.

Bakı Uşaq Teatrının repertuarında olan Arzu Soltanın pyeslərindən -"Günahsız günahkarlar", "Fidan və Qoğal", " Qış bayramı" tamaşalarından parçalar nümayiş olunub.

Qeyd edək ki, tədbir boyu Ruslan Adıgözəlovun ifasında rəngarəng musiqi nömrələri ifa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə