“Qürbətdən gələn məktublar” tamaşası nümayiş olunacaq

“Qürbətdən gələn məktublar” tamaşası nümayiş olunacaq

Fevralın 6-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində "Qürbətdən gələn məktublar" tamaşası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yazıçı-diplomat Həsən Həsənovun əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşanın quruluşçu rejissoru xalq artisti, kinorejissor Mərahim Fərzəlibəyovdur.

Səhnə əsərində rolları xalq artistləri Ramiz Məlik, Laləzar Mustafayeva, Hacı İsmayılov, əməkdar artistlər Kazım Abdullayev, Əjdər Həmidov, Elşən Cəbrayılov, Vəfa Zeynalova ifa edəcək. Tamaşanın quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir.

Qeyd edək ki, səhnə əsəri teatrda ilk dəfə "Brüsseldən məktublar" adı ilə 2003-cü ildə rejissor Ramiz Həsənoğlunun quruluşunda nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə