"İran Aşıqlar Birliyi"nin təşkilatçılığı ilə fevralın 14-də İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun anım tədbiri keçiriləcək. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, Tehranın "Əndiyşə" Mədəniyyət sarayında keçiriləcək tədbirdə İranın 11 şəhərindən 130-a yaxın ustad aşıqların iştirakı planlaşdırılır.
Tədbirdə açılış nitqi ilə İran İslam Respublikasının mədəniyyət və islami irşad nazirinin müavini Əli Muradxaninin, Azərbaycanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundovun, bir sıra dövlət və ictimai xadimlərin çıxışı nəzərdə tutulur.
Qeyd edək ki, tədbirdə həmçinin, "Azərbaycan Aşıqlar Birliyi" tərəfindən əməkdar mədəniyyət işçisi Rəhman Ələkbərovun rəhbərlik etdiyi "Rasim" folklor qrupu və əməkdar mədəniyyət işçisi Sərdar Məmmədov iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB