Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitunun təşəbbüsü ilə "Multukulturalizmin Azərbaycan modeli: fəlsəfi, sosioloji və hüquqi baxış" adlı beynəlxalq elmi konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, konfransda millət vəkili, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Respublikasının millətlərarası, multukulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov, AMEA Fəlsəfə və Hüquq İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə, Misir Ərəb Respublikasının fövqəladə və səlahiyyətli səfiri Süzan Gəmil və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən millət vəkili, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli son illər davam edən miqrant problemi və tolerantlıq hallarının pozulmasından doğan böhranın multukulturalizmi qlobal mənada bəşəriyyətinin ən ön sıralarına gətirdiyini bildirib: "Azərbaycan multukulturalizm sahəsində böyük təcrübəyə sahibdir. Ölkəmizdə multukultural dəyərlər həyat tərzindən, birgəyaşayış qaydalarından, həyat normasından dövlət siyasəti səviyyəsinə qədər yüksəlib. Multukuluralizmin alternativi yoxdur".
Daha sonra çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multukulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin baş məsləhətçisi,professor Etibar Nəcəfov isə Cənab Prezidentin ölkəmizin tolerantlıq ənənələrinin mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini nəzərə alaraq, 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan etdiyini vurğulayıb.
Digər çıxışçılar da öz növbəsində Azərbaycanın multukultural dəyərlərinin dünya üçün nümunə olduğunu söyləyərək ölkə başçısı tərəfindən bu ilin "Multukulturalizm ili" elan olunmasının əhəmiyyəti barədə söz açıblar.
Konfrans diskussiyalarla davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB