Qusar rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılmış "Gənc mədəniyyət İşçilərinin koordinasiya kreativ qrupu"nun üzvləri ilə görüş keçirilib. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə rayon Mədəniyyət və Turizm şöbəsinin tabe müəssisələri üzrə 65 nəfər gənc iştirak edib.
Qusar rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri David İbramxəlilov gəncləri 2 fevral – Gənclər günü münasibətilə təbrik edib. Görüşdə kreativ qrupun fəaliyyət istiqamətləri və rayonda görüləcək tədbirlər müzakirə olunub.
Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova gəncləri rayonun mədəni həyatında daha yaxından iştirak etməyə dəvət edib.
Tədbirdə gəncləri maraqlandıran məsələlər müzakirə olunub.
Qeyd edək ki, sonda gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB