Əcnəbi musiqiçilər Bakıya gəlir

Rusiya müğənnisi Anton Belyayev və "Therr Maitz" qrupu şəhərimizin qonağı olacaq. SİA-nın verdiyi xəbərə görə, aprelin 29-da baş tutacaq kollektiv konsertdə məhşurlar yeni musiqilərindən ibarət akustik proqramla çıxış edəcək. Anton Belyayev konsertdə yeni mahnıları ilə yanaşı, həmçinin, "Səs-2" məşhur televiziya şousunda iştirakı zamanı cover versiyada səsləndirdiyi dünya hitlərini təqdim edəcək.

Qeyd edək ki, konsertin biletlərini şəhərin kassalarından əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə