Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində Cəlilabad Rayon Mədəniyyət və Turizm Şöbəsi, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 fevral Gənclər gününə həsr olunmuş "Mənim Gəncliyim" adlı tədbir təşkil olunub.
SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbirdən öncə gənc rəssamların sərgisi təşkil olunub. Tədbirdə gəncliyi əks etdirən videoçarx nümayiş etdirildikdən sonra RİH-nin başçısı Əziz Əzizov tərəfindən Respublika və Beynəlxalq yarışlarda Azərbaycanın bayrağını yüksəklərə qaldıran gənclər müxtəlif hədiyyə, diplom və fəxri fərmanlarla təltif olunublar.
Qeyd edək ki, sonda Cəlilabad Rayon Uşaq İncəsənət Məktəbi və Rayon Heydər Əliyev Mərkəzi rəqs dərnəyinin ifalarında müxtəlif konsert proqramları nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB